Sahibə Qafarova Simonyanla görüşdən imtina edib – ÖZƏL

1495688

Rəsmi Bakı Azərbaycan və Ermənistan parlament spikerlərinin Cenevrədə planlaşdırılan görüşündən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri  Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi görüşdən son anda imtina edib.

Globalinfo.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, görüşə Azərbaycan tərəfi lap əvvəldən razılıq verməyib. Eyni zamanda rəsmi Bakı hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova və Alen Simonyan sonuncu dəfə bu ilin may ayında Parlamentlərarası İttifaqın Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Hazırlıq Komissiyasının birinci iclası çərçivəsində Cenevrədə görüşüblər.

Xatırladaq ki, son vaxtlar rəsmi İrəvan sülhdən yayınaraq vaxt qazanmağa çalışır. Həmçinin erməni rəsmilər Azərbaycana qarşı təxribat xarakterli açıqlamalar verirlər.

 

Müşviq Tofiqoğlu
Globalinfo.az