İsrailə hücumla bağlı Ağ Evdən YENİ AÇIQLAMA

“İran İsrailə hücumla bağlı öncədən xəbərdarlıq etməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Əlaqələri üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, İran İsrailə və ya onun potensial hədəflərinə hücumla bağlı ABŞ-a xəbərdarlıq etməyib.

“Tehran İsrailə hücumun vaxtı və məqsədi barədə Vaşinqtona heç vaxt məlumat verməyib”, – deyə Kirbi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az