Rusiya Suriyada yeni mərkəz yaradır

Rusiya Fövqəladə Hallar Nazirliyi Suriyada yanğınsöndürən və xilasedicilərin hazırlanması üçün mərkəz yaradacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov bildirib.

Onun sözlərinə görə, hazırda yaradılacaq mərkəzin yeri müəyyənləşdirilir:

“Rusiya Suriyaya yerli istehsal olan maşın və digər avadanlıqlar tədarük edəcək. Onların həm tədris prosesində, həm də praktiki təhlükəsizlik tədbirlərində istifadə edilməsi planlaşdırılır”.

Kurenkov qeyd edib ki, bu, suriyalılara fövqəladə vəziyyətlər zamanı daha çevik reaksiya sərgiləməyə imkan verəcək.

Əliyar Xəlil
Globalinfo.az