Son dəqiqə! Priqojin geri çəkilmə səbəbini özü açıqladı – Şok səsyazısı

“Vaqner”in hərbi kolonları səhra düşərgələrə geri qayıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqdan sonra Yevgeni Priqojin özü açıqlama verib.

“Moskvaya 200 km məsafəyə qədər gəldik və bir əsgərimizin qanı axmadı. Amma bundan sonra qan töküləcək. Biz də bunu istəmirik. Danışıqlar oldu. Vaqner kolonunu geri çevirib düşərgəmizə qayıdırıq”, – deyə qeyd edib.