SON DƏQİQƏ: Rusiya ordusu Ermənistan Konsulluğunu vurdu

Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzinə endirilən zərbə zamanı Ermənistanın fəxri konsulluğunun yerləşdiyi binaya da ziyan dəyib.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilir ki, Xarkovun mərkəzinə atılan iki raketdən biri Ermənistan konsulluğunu da zədələyib.

Qeyd edək ki, yanvarın 2-də Rusiyanın raket hücumu nəticəsində 4 nəfər həlak olub, 92 nəfər yaralanıb.