Almaniyanın “Das Bild” qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskinin gözlənilən səfəri ilə əlaqədar Berlində maksimum təhlükəsizlik tədbirlərinin tətbiq edildiyini yazıb.
Globalinfo.az-ın məlumatına görə, hökumət məhəlləsində yerləşən bir sıra küçələr yüksək vəzifəli qonağın gəlişi və gedişi üçün müvəqqəti olaraq bağlanacaq.
Təhlükəsizlik səbəbindən səfərin dəqiq vaxtı açıqlanmır. Qəzetin yazdığına görə, Zelenskinin təyyarəsi Berlin Brandenburq Hava Limanının hərbi sektoruna enə bilər. Bundan sonra prezident kortejinin A113 və A100 avtomobil yolları vasitəsilə hökumət məhəlləsinə hərəkət edəcəyi, limuzinlərin polis tərəfindən müşayiət olunacağı bildirilir.
Eyni zamanda qeyd olunur ki, Zelenski şəhər mərkəzinə vertolyotla gedərsə, bu halda nəqliyyatla bağlı məhdudiyyətlər nisbətən yüngül ola bilər.
“Das Bild” xatırladır ki, Ukrayna prezidentinin avqust ayında Berlindəki səfəri zamanı paytaxtda faktiki olaraq fövqəladə təhlükəsizlik rejimi tətbiq edilmişdi.
Tahir Turan
Globalinfo.az