Şolts Rusiyanı pislədi, 20 il əvvəlki olayla “vuruldu”

Sərhədləri güc yolu ilə dəyişdirmək olmaz. Qərb Ukraynanı onun özünü müdafiə edə bilməsi üçün dəstəkləyir, amma müharibə uzun müddət davam edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansler Olaf Şolts deyib.

“Müharibə hələ uzun müddət davam edəcək, lakin bunun əksini istəyirik”, – o bildirib.

Maraqlı məqam görüş zamanı Şoltsa iştirakçılardan birinin ünvanladığı sual olub. O, Almaniyanın suveren yox, ABŞ-ın vassal dövləti olduğunu, çünki Berlinin Vaşinqtonun hətta 2003-cü İraq əməliyyatına qarşı çıxa bilmədiyini qeyd edib. Buna cavab olaraq isə Şolts Almaniyanın 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsini qəti şəkildə pislədiyini xatırladıb. Üstəlik, o, Rusiyanın öz imperialist siyasətinə ABŞ-ın keçmiş səhvlərini göstərərək haqq qazandırmaması gərəkdiyini söyləyib.

İlkin Həsənov
Globalinfo.az