
Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.
Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.
Siyavuş Novruzov idman edən zaman diz nahiyyəsini zədələyib.
O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.
Deputat məlumatı təsdiq edib.
Globalinfo.az xəbər verir ki, Siyavuş Novruzovun ayağında problem ictimaiyyətə xeyli müddətdir bəllidir. Belə ki, o, Türkiyədən olan millət vəkili Şamil Ayrımla məşhur rəqsi zamanı axsayırdı. Həmin vaxt məlum oldu ki, deputatın diz nahiyəsi zədələnib və o, yaxın vaxtlarda əməliyyat olunacaq.