Şirkətə məxsus bahalı avtomobili öz adına keçirdi

Bakıda fəaliyyət göstərən “Elrktro İnşaat” MMC şirkətinin rəhbəri quruma məxsus avtomobilin şirkət əməkdaşı tərəfindən mənimsənildiyini bildirib.

Globalinfo.az xəbər verir ki, yanvarın 17-də Qaradağ rayon Polis İdarəsinə müraciət edən 1981-ci il təvəllüdlü N.Məmmədov təmsil etiyi şirkətin direktoru Əbubəkir Musayevin ona etibar edilmiş səlahiyyətlərdən sui-istifadə edərək avtomobili öz adına sənədləşdirdiyini bildirib. O qeyd edib ki, MMC-yə məxsus olan “Lexus” markalı, 90 AS 811 dövlə qeydiyyat nişanlı avtomobillə bağlı icazəsiz sənədləşmə işləri aparılıb.

Müraciətlə bağlı araşdırma aparılır.

Malik
Globalinfo.az