Gəncədə ağır qəza: ölən və yaralananlar var – ADLAR

Gəncədə Nizami Gəncəvi prospektində ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, VAZ 21015 ilə VAZ 21014 markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova qəza nəticəsində dünyasını dəyişib.

Xəsarət alan 2004-cü il təvəllüdlü Əli Süleymanov, 2005-ci il təvəllüdlü Nərmin Qarayeva, 2004-cü il təvəllüdlü Nərgiz Qarayeva, 1958-ci il təvəllüdlü Fərqanə Məmmədova və 1999-cü il təvəllüdlü Taleh İsmayılov xəstəxanaya yerləşdiriliblər.