Simonyan Uşaqlar Günündə Bakı haqda mesaj verdi

“Hakimiyyət gərək növbəti nəsillərə dinc ölkə qoysun”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Biz gərək uşaqlara miras kimi dinc ölkə qoyaq ki, valideynlər oğulları 15 yaşına gələndə övladlarını ordudan qaçırmaq və ölkədən getmək üçün düşünməsinlər. Hakimiyyət bunun üçün hər şeyi edir”, – o bildirib.

A.Simonyan hökumətin ölkədə yoxsulluq səviyyəsini azaltmağa çalışdığını qeyd edib.

Qeyd edək ki, bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Simonyanın sabitlik istiqamətində məhz bu gün mesaj verməklə erməni cəmiyyətinə Azərbaycanla sülhdən başqa yol olmadığını göstərməyə çalışdığını demək olar.

İlkin Həsənov
Globalinfo.az