Kadırovdan hərbi çevrilişə ilk reaksiya

Rusiya təbliğatının əsas şəxslərindən olan Marqarita Simonyan və Çeçenistan rəhbəri Ramzan Kadıroun Rusiyada baş verənlərə münasibət bildirməkdə gecikməsi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, onların “Vaqner”lə bağlı vəziyyəti vaxtında şərh etməməsi ictimaiyyətdə narazılıq yaradıb.

Qeyd edək ki, Kadırov Priqojini sərt tənqid edirdi. Onun “Axmat” xüsusi təyinatlı dəstəsi ilə Rusiya Müdafiə Nazirliyi arasında müqavilə imzalansa da, Yevgeni Priqojin eyni müqavilənin “Vaqner” birləşməsi ilə imzalanmasından imtina etmişdi.

Son məlumata görə, R.Kadırov nəhayət ki, bugünkü hadisələrə münasibət bildirməyə başlayıb.

Çeçenistan rəhbəri Rusiya ordusunun əsgərlərini təxribatlara yol verməməyə çağırıb və baş verənləri arxadan zərbə adlandırıb.

“Baş verənlər Müdafiə Nazirliyinə ultimatum deyil, dövlətə çağırışdır və bu çağırışa qarşı ümummilli liderin ətrafında birləşmək lazımdır… Üsyan yatırılmalıdır. Bunun üçün sərt tədbir görmək lazımdırsa, biz hazırıq!”,- Kadırov deyib.

Zaira Akifqızı
Globalinfo.az