Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Onlar Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün 16-19 aprel tarixlərində İstabula səfər edəcəklər.
Nümayəndə heyətinə Milli Məclisin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan (14-20 aprel), Milli Məclisin Maliyyə, Kredit və Büdcə Məsələləri Daimi Komitəsinin sədri Tsovinar Vardanyan (14-20 aprel) və Milli Məclisin “Mülki Müqavilə” fraksiyasından millət vəkili Hasmik Hakobyan (14-20 aprel) daxildir”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az