static images.vnncdn.net vps images publish 000001 000003 2024 5 26 dmitry medvedev 1637 1 900x600 2

“ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini bağışlamamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

O, qeyd edib ki, Zelenski seçkilərdə respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən birinə çevrilib:

“Tramp kinli insandır və bu məxluqu bağışlamamalıdır”.

Medvedevin fikrincə, Tramp Zelenskinin Ukraynanı məhv etdiyini söylədikdən sonra o, öz həyatına son qoymalı idi:

“Amma Zelenski buna cəsarət etməyəcək qədər qorxaqdır”.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Rusiyadakı neft emalı zavodlarına endirilən zərbələrdən sonra Zelenskini sərt tənqid edib və münaqişənin onun iştirakı olmadan həll ediləcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: