p 1

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə anlaşmağın Rusiya Prezidenti Vladimir Putinlə müqayisədə daha çətin olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.

“Düşünürəm ki, Zelenski ilə anlaşmaq Putindən daha çətindir”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp həmçinin Ukrayna münaqişəsinin sonda həll olunacağını, lakin bunun Zelenskinin iştirakı olmadan baş verəcəyini iddia edib:

“Düşünürəm ki, sonda onlar müəyyən razılaşmaya gələcəklər. Bunu onunla etməyəcəklər. O, razılaşma əldə etmək istəmir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: