bash foto

Müvafiq qrafikə uyğun olaraq  Ağgöl kəndində və Ağstafa şəhərində təşkil olunan növbəti səyyar qəbullarda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Globalinfo.az-ın xəbərinə görə, RİH başçısı Ağstafa rayonunda davamlı qaydada həyata keçirilən abadlıq-quruculuq, əsaslı təmir işlərindən söz açaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren Azərbaycanın hər bir bölgəsində icra olunan bu cür tədbirlər əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Qəbullarda vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. İrəli sürülən təklif və müraciətlərə dair müzakirələr aparılıb, hər bir məsələnin həlli tədbirləri müəyyən edilib.

s%C9%99kil 1s%C9%99kil 2s%C9%99kil 3s%C9%99kil 4s%C9%99kil 5s%C9%99kil 11s%C9%99kil 16s%C9%99kil 21s%C9%99kil 23

Paylaş: