Seyfəlidə dəhşət: bir gün əvvəl arvadına zəng vurdu, sonra isə…

Şəmkir rayon sakini avtomobilin içərisində yanaraq ölüb.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

“VAZ” markalı avtomobilin yanması nəticəsində avtomobilin sürücüsü, Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Zamiq Böyükkişiyev yanaraq ölüb.

Onun intihar etdiyi idda edilir.

Qeyd edilir ki, həmin şəxsin psixoloji problemləri olub, bir gün əvvəl həyat yoldaşına zəng edərək bir daha dönməmək şərti ilə getdiyi onu axtarmamaqlarını bildirib.