
Ötən ay yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxan müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.
Globalinfo.az xəbər verir ki, bloger Saleh Nəsirov xəstəxana çıxışından video paylaşıb.
Xatırladaq ki, hadisə dekabrın 25-i Bakının mərkəzi küçələrinin birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.