Sərnişin iki maşın arasında qalaraq öldü

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov VAZ markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.

Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.