Sərkisyanın dövründə KTMT bizə kömək etdi – Şarmazanov

“Niyə Rusiya, KTMT Serjin vaxtında kömək etdi, Nikolun vaxtında yox?! Sərkisyanın hakimiyyəti dövründə Ermənistan-Rusiya münasibətlərində çox ciddi nailiyyətlərimiz olub”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov qeyd edib.

O, tərəflər arasında münasibətlərin normal olmasını müəyyən istiqamətlərdə şərh edib.

“Birincisi, Rusiya hərbi bazasının yerləşdirilməsinin 2044-cü ilə qədər uzadılması idi. İkincisi, məhz 2013-cü ildə Serj Sərkisyanın qərarı ilə Avrasiya İqtisadi İttifaqına daxil olması iqtisadiyyatımızın inkişafı və Ermənistan məhsullarının ixracı üçün böyük imkan yaratdı.
KTMT eynidir, Rusiya Federasiyası eynidir, Ermənistan rəhbəri dəyişib.

Günahkar Paşinyandır. Ermənistan Rusiyadan başqa yeganə ölkədir ki, “İsgəndər” raketləri var. Rusiya düşmənçiliyi ilə hara gedirik?!
Bölgədə iki ordu var: rus və türk. Biz ya rus ordusunun, ya da türk ordusunun müttəfiqi olmalıyıq”.

Safura Bənnayeva
Globalinfo.az