Ermənistan MN məlumat yaydı – Sərhəddəki hərbi hərəkətlilik…

“Hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərindən danışan Sərkisyan qeyd edib ki, heç bir məlumat gizli saxlanılmır, hər hansı yenilik olarsa, məlumat veriləcək.

O həmçinin bildirib ki, Qarabağdan köçən ermənilərin Ermənistan ordusunda xidmət etməsi üçün müzakirələr aparılır.

Əliyar Xəlil
Globalinfo.az