“Sərhədçi” baş məşqçi ilə yollarını ayırdı – YENİ TƏYİNAT

Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Klubdan Globalinfo.az-a verilən məlumata görə, “Sərhədçi” serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollarını ayırıb.

Onu bu postda türkiyəli Evren Alkaya əvəzləyib.

Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir. “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.