Separatçılar təcili iclas keçirdi – Bakının təklifinə cavab gəldi

***11:35

“Qarabağda yaranmış vəziyyətə və onun aradan qaldırılmasına beynəlxalq aktorların reaksiyası qeyri-adekvatdır və heç bir əməli addım atılmır”.

Globalinfo.az xəbər verir ki, bunu separatçıların rəhbəri Samvel Şahramanyan deyib.

“Bunun əsasında “artsax” müvafiq addımlar atmağa məcbur olacaq, əsas məqsəd prioritet kimi əhalinin təhlükəsizliyini təmin etməkdir”, – o bildirib.

Erməni KİV-ləri bunu separatçı rejimin Azərbaycanın şərtləri əsasında danışıqlar masasına oturmağa hazırlaşması kimi təqdim edib. Hətta bəzi media resusrları yazır ki, xunta Yevlaxdakı görüşə razılığa verib.

Xatırladaq ki, rəsmi Bakı Qarabağdakı ermənilərin nümayəndələrini Yevlaxda danışıqlara dəvət edib.

Ayşən Mustafa
Globalinfo.az