1696508181 photo1696507962

“Müxtəlif səviyyələrdə təmasların intensivləşməsi Kiyev və İrəvan arasında əlaqələrə əlavə təkan verib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kiyevlə əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə keçməsindən danışarkən deyib.

O, Ukrayna ilə əməkdaşlığın inkişaf etdirilməsinin və onun keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının tərəfdarı olduğunu bildirib.

“Ermənistan və Ukrayna arasında münasibətlər çoxəsrlik dostluq və qarşılıqlı hörmət əsasında qurulub və müxtəlif səviyyələrdə təmasların intensivləşməsi bu münasibətlərə əlavə təkan verib. Ümid edirəm ki, bizim birgə səylərimiz münasibətlərin davamlı inkişafına töhfə verəcək”, – Paşinyan vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nikol Paşinyanın Ermənistanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığı barədə səsləndirdiyi bəyanatı şərh edib. O bildirib ki, Moskva və İrəvanın Ukrayna ilə bağlı mövqeləri eynidir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: