Şahramanyan xahiş etdi: Gözləyin, Bakı ilə danışım…

Keçmiş qondarma rejimin Ermənistana qaçan separatçı “deputatlar”ı bu həftə İrəvanda iclas keçirməyi planlaşdırıblar. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Bu planı isə keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyanın təxirə saldığı qeyd olunur. S.Şahramanyan separatçılarla görüşərək “sessiya”nı təxirə salmağı xahiş edib və daha sonra onlara məlumat verəcəyini deyib. Nəticədə “deputatlar”ın əksəriyyəti iclasa gəlməyib və toplanış təxirə salınıb.

Nəşr yazır ki, separatçıların digər nümayəndəsi Samvel Babayan Şahramanyanın Azərbaycanla danışmağa çalışdığını bildirmişdi:

“Onun “sessiya” ilə bağlı xahişinin səbəbi bu ola bilər. Ermənistan parlamentinin sədri Alen Simonyanın “artsax parlamenti”nin fəaliyyətinin İrəvan hakimiyyəti üçün təhlükəli olduğunu deməsinə diqqət çəkib.

Şahramanyan və Ermənistan rəsmiləri Qarabağ məsələsini tamamilə bağlamağa çalışır”.

Ayşən Mustafa
Globalinfo.az