
Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı işıqlar sönüb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.
Bir müddət səssizlikdən sonra Paşinyan “Romanos haradadır?”, deyib.
Lakin qısa müddətə elektrik təchizatı bərpa edilib.
Qeyd edək ki, 2023-cü ildə də Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı işıq sönmüşdü.
Həmin zaman Paşinyan çaşqınlıqla ətrafa baxıb. Bir neçə saniyədən sonra isə işıqlar yenidən yanıb.
Bu dəfə isə Baş nazirin sakitliyi diqqət çəkib.
Əliyar Xəlil
Globalinfo.az