NATO Rusiya ilə bağlı hərbi müdafiə planlarını qəsdən ictimaiyyətə açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Viktor Litovkin bildirib.
O qeyd edib ki, NATO qərargahlarının müxtəlif təhdidlərə qarşı ssenarilər hazırlamaq təcrübəsinə malik olduğunu bildirib.
Onun sözlərinə görə, hərbi təşkilat mümkün bütün təhlükələrə dair planlara sahib olmalıdır. Ekspert hesab edir ki, Rusiyanın Baş Qərargahında da buna bənzər planlar mövcuddur.
Litovkin qeyd edib ki, əsas fərq Moskvanın bu cür planları məxfi saxlaması, Qərbin isə onları açıq şəkildə elan etməsidir.
Ekspertin fikrincə, NATO-nun hərbi planlarının ictimaiyyətə açıqlanması hərbi xərclərin artırılmasına əsas yaratmaq məqsədi daşıyır. O bildirib ki, alyans bir tərəfdən Rusiyanı təhlükə kimi təqdim edir, digər tərəfdən isə Moskva ilə mümkün müharibəyə hazırlığın zəruri olduğunu vurğulayır.
Tahir Turan