“Sentyabrın 15-i Azərbaycan tarixi üçün olduqca əlamətdar və tarixi gündür. 15 sentyabr Bakının azadlığa qovuşduğu bir gündür. Həmin dövrdə Bakı demək olar ki, faktiki olaraq erməni-daşnak qüvvələri tərəfindən idarə edilirdi.”
Globalinfo.az xəbər verir ki, bu fikirləri EDNews TV-nin efirində Fəlsəfə doktoru Cavanşir Feyziyev bildirib.
Cavanşir Feyziyev qeyd edib ki, Nuru Paşanın səyi nəticəsində Bakı işğaldan azad edildi.
“Məhz Bakının işğaldan azad edilməsi Azərbaycan Demokratik Cümhuriyyətinin dayaqlarını gücləndirdi.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: