Seneqal prezidenti Bakıya gəlir

Seneqal Prezidenti Makki Sallı (Macky Sall) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya səfərə gələcək.

Globalinfo.az xəbər verir ki, bunu “Report”un Ankara bürosuna müsahibəsində Seneqalın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyen bildirib.

“Keçən ay etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən zaman Seneqalın dövlət başçısı Makki Sallını COP29-da iştirak üçün Bakıya dəvət etdi. Mən də bunu çatdırdım. Seneqal Prezidenti dəvəti qəbul edib və Azərbaycana səfər edəcəyini bildirib”, – diplomat vurğulayıb.

Şeyx Qeyenin “Report”a geniş müsahibəsi gün ərzində yayımlanacaq.

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.