1573832269.bicaqlanma

Şəmkirdə əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, N.Quliyevi bıçaqlamaqda şübhəli bilinən 2008-ci il təvəllüdlü əkiz qardaşı X.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qardaşlar arasında mübahisə bir-birinin otağına icazəsiz daxil olma səbəbindən yaranıb.

Faktla bağlı araşdırma davam etdirilir. (apa)

***

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az apa-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 18 yaşlı gənc aralarında yaranan mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: