Şəmkirdə maşın körpüdən aşdı: hərbçi öldü

Şəmkirdə yol qəzası olub, sürücü ölüb.

Globalinfo.az-ın məlumatına görə, hadisə rayonun Bakı-Qazax magistral yolunun rayonun Dəllərcəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq körpüdən aşıb. Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Cavid Zeynalov hadisə yerində ölüb, sərnişin, 1989-cu il təvəllüdlü Elçin Qarayev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən C.Zeynalov hərbçi olub.