Ötən gün İraqın şimalında mağarada əməliyyat–axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan 12 hərbçidən biri Özkan Özkanlı ilə bağlı məlumat Türkiyəni kədərə boğub.
Globalinfo.az xəbər verir ki, şəhidin müəllimi olduğu bildirilən şəxs onunla yazışmalarını paylaşıb.
Məlumata görə, Ö.Özkanlının anası və atası olmayıb, onu və qardaşını nənəsi ilə babası böyüdüb. Özkan hər zaman hərbçi olmaq istəyib. Bu arzusuna çatdıqdan sonra isə müəllimi ilə əlaqə saxlayaraq yetim şagirdlərin təhsil haqqını qarşılamaq istədiyini bildirib.
“12 ay mən göndərərəm. 34 min tl maaş alıram, İki ilim var. Mən göndərmək istəyirəm. Müəllim, sizin haqqınızı ödəyə bilmərəm”, – mesajlarda qeyd olunub.
Məlumata görə, o, bir neçə şagirdə təhsil üçün təqaüd verib.
Əliyar Xəlil
Globalinfo.az