Şəhid polisimizlə bağlı təsirli fakt – FOTO

 

Ermənilər tərəfindən törədilmiş terror nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarından biri 05.02.1994-cü il təvəllüdlü Asim Camalzadənin yaxın günlərdə toyu olacaqmış.

Bu barədə Globalinfo.az-a A.Camalzadənin yaxınları məlumat verib.

“Asim əslən Qərbi Azərbaycandan idi, amma Sumqayıt şəhərində dünyaya gəlmişdi, orada da yaşayırdı. May ayında nişanı oldu, oktyabrın 5-i toyu olacaqdı. Arzuları yarımçıq qaldı. Nəşi hələ gətirilməyib. İcra Hakimiyyəti dəfn yeri haqda hələ bizə məlumat verməyib. Asimin özündən başqa bir bacısı var”,- şəhidin qohumu deyib.

 

Zaira Akifqızı
Globalinfo.az