Şəhid Orxan Novruzəlizadə dəfn olundu – YENİLƏNİB

Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, onun cənazəsi bu dəqiqələrdə Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda anasının məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhidin anası ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.

***11:39

Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə ilə vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Vurğun qəsəbəsində yerləşən qəbiristanlığına aparılır.

***10:07

Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib. 

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Əldə etdiyimiz məlumata görə, şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub.