Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 589 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 14 nəfərdir.

Ölkədə son sutka ərzində 1 200, hazırkı dövrədək isə 7 634 759 test aparılıb.

Azərbaycanda daha 2 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza vaksin vurduranların sayı 7, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 285, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 766, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 002, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 261, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 256 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb