Şəhid atasının adından dələduzluq edən şəxs tutuldu – FOTO

Culfada şəhid atasının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

Globalinfo.az bildirir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, Culfa Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi şəhidi Nicat Məmmədlinin şəkillərini paylaşaraq şəhid atasının adından vətəndaşları işə düzəltmək adı altında aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirən Rizvan Qafarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Saxlanılan şəxs