1674934046 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Milli Məclisin deputatı Fazil Mustafa Globalinfo.az-a son açıqlamalarından birində İrandakı səfirliyimizə qarşı teraktda Fransa izinin olması ilə bağlı diqqətçəkən fikirlər deyib. Sitat: “Hadisə daxildə hansısa islahatı əngəlləmək üçün törədilməyib. Bu, beynəlxalq səviyyədə Qərb dairələrinin hücumlarının İran tərəfindən təkrarlanmasıdır. İran Fransanın nökəri rolunda çıxış edir”.

ae506ecc f560 401c b04f d9746cf2826d

Vaqif Hüseyn 

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Vaqif Hüseyn  bildirib ki, Fransanın birbaşa bu məsələdə əlinin olmasını konkret sübut və dəlillər olmadan söyləmək olmaz.

“Amma İranın bölgədə Azərbaycana qarşı bu cür mövqeyində, o cümlədən Ermənistana dəstək verməsində təbii ki, Fransanın birbaşa rolu var. Fransa, Rusiya və İran bölgədə “üç müşketyor”u oynayırlar. Fransa Türkiyə ilə Aralıq dənizində və Qafqaz bölgəsində ciddi rəqabət aparır. Burada da Türkiyəyə eyni düşmənçilik münasibəti bəsləyən daha bir dövlət var ki, o da İrandır. İran Türkiyəni özünə ən böyük geosiyasi rəqib hesab edir. Ona görə İranın Ermənistana dəstək verməsinin arxasında təbii ki, Fransa var. Fransanın verdiyi cəsarətlə İran özünü burda yaxşı hiss edir. Hər bir şeydə İranın əleyhinə olan Qərb nədənsə Ermənistan məsələsində Fransanın mövqeyi qarşısında susur. Burada Fransa diplomatiyasının böyük rolu var”, V.Hüseyn qeyd edib.

ehed1

Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli isə bildirib ki, səfirliyə qarşı həyata keçirilən teraktda prinsipcə hansısa üçüncü dövlətin əli ola bilər. 

“Fransa və Ermənistan Azərbaycanın İranla münasibətlərinin gərginləşməsinin tərəfdarıdırlar. Hətta ABŞ belə bunun tərəfdarı olur. Çünki Zəngəzur dəhlizi məsələsində ABŞ və İranın mövqeyi demək olar ki, eynidir və Ermənistanın yanındadır. Fikrimcə, istənilən halda bu məsələdə İran daxili qruplaşmaların xəbəri və əli olub. Məsələn, onu törədənlər Fransa tərəfindən ezam olunmuş İran agentləri də ola bilər, Fransanın İranla müştərək fəaliyyəti ola bilər. Amma düşünmürəm ki, Fransa müstəqil şəkildə, İranın xəbəri olmadan bu terror aktını törədib. Çünki Fransa ilə İran həqiqətən tarixi münasibətləri olan ölkələrdir. Avropa İranı həmişə Osmanlı dövlətinə qarşı bir güc olaraq istifadə edib və hazırda bu, davam edir. İranın Türkiyəyə alternativ olaraq görülməsi Avropada və Qərbdə hökmranlıq edən siyasətdir”, Ə.Məmmədli qeyd edib.

Gülnar Səlimova

Globalinfo.az

Paylaş: