İspaniyanın Baş naziri Pedro Sançesin təyyarəsi Ankarada məcburi eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
“Airbus A310” tipli təyyarədə yaranan nasazlıq ciddi olmayıb, lakin təhlükəsizlik protokollarına uyğun olaraq eniş həyata keçirilib.
Baş nazirin gecəni Ankarada keçirəcəyi və səhər saatlarında İrəvana yola düşəcəyi bildirilir.