bogulma

2002-ci il təvəllüdlü Cavid Əliyev Samuxda süni sututarda batıb.

Goranboyun Baxçakürd kənd sakini olan Cavidin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərinin birində mühafizəçi işləyirmiş.

Globalinfo.az “Unikal”a istinadən Cavid Əliyevin fotolarını təqdim edir:

cqylmprhc42b2tsejjve0pqwpwigtn2hpocfhp5z 640 cdjjaeiic26vf8sbe9stpfmhpdzpomistvnc6im4 640 pplug7zvwil0oriufcwbqnv9kicybvhd9h7wxmxc 1200

***17:19

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***16:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Paylaş: