6aaeaf86d0e6f6aaeaf86d0e7017898330836aaeaf86d0e6d6aaeaf86d0e6e scaled

Sentyabrın 19-da Şamaxının Meysəri kəndində üzümçülük və şərabçılıq ənənələrinin, milli musiqinin və festival ab-havasının bir araya gəldiyi Üzüm və Şərab Festivalı başlayıb.

Globalinfo.az xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilir.

Festivalın qonaqları milli nəfəsli və zərb alətləri kollektivlərinin ifaları ilə qarşılanıb. Şərab istehsalçılarının təntənəli paradı isə baraban şousunun müşayiəti ilə keçirilib.

Artıq 5-ci dəfə təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması, regionun turizm imkanlarının genişlənməsinə töhfə verməkdir.

Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, bu günlər Şamaxı üçün əlamətdar hadisələrlə yadda qalır. Onun sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri çərçivəsində bir sıra mühüm turizm və mədəniyyət obyektlərinin – otellərin, istirahət mərkəzlərinin, yaradıcılıq və mədəniyyət məkanlarının açılışı keçirilib. Bu layihələr rayonun turizm və mədəni potensialının daha da genişlənməsinə xidmət edir.
İcra başçısı vurğulayıb ki, Şamaxıda həyata keçirilən inkişaf layihələrindən təkcə rayon sakinləri deyil, buraya gələn bütün qonaqlar da faydalanırlar.

Tahir Məmmədov bildirib ki, artıq ənənəyə çevrilən Üzüm və Şərab Festivalı Şamaxının zəngin üzümçülük və şərabçılıq ənənələrinin tanıdılmasına, rayonun turizm cəlbediciliyinin artırılmasına və bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, festival Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına, şərab mədəniyyətinin formalaşmasına və yerli şərabların tanıdılmasına xidmət edir.

Nazir qeyd edib ki, Azərbaycanda üzümçülük və şərabçılıq qədim ənənələrə malik sahədir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində üzümçülük və şərabçılığın inkişafında mühüm nailiyyətlər əldə olunub.
Məcnun Məmmədov üzümçülərin əməyini xüsusi vurğulayaraq bildirib ki, yüksək keyfiyyətli üzümün yetişdirilməsi, məhsulun emal müəssisələrinə çatdırılması və şərab istehsalı prosesində fermerlərin böyük zəhməti var.
Nazir, həmçinin yüksək keyfiyyətli şərabların hazırlanmasında çalışan şərabçı və texnoloqların əməyini yüksək qiymətləndirib.

Daha sonra milli rəqslərimizdən nümunələr, o cümlədən üzümçülük ənənələrini özündə əks etdirən “Üzüm” rəqsi nümayiş etdirilib.
Festival iştirakçıları Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri, eləcə də ölkənin zəngin turizm potensialı ilə yaxından tanış olublar. Ziyarətçilərə müxtəlif əyləncə proqramları və şoular təqdim edilib.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif brendlər öz üzüm məhsullarını təqdim edib.
Gün ərzində müxtəlif yaş qrupları üçün təşkil olunan əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatıb. Qonaqlar müxtəlif müsabiqə və viktorinalarda iştirak ediblər.
Festivalın balaca qonaqları üçün də maraqlı proqram hazırlanıb. Uşaq əyləncə zonasında onlar interaktiv oyunlara və müxtəlif əyləncələrə qoşulub, animatorlarla birlikdə rəqs edib əyləniblər.

Axşam saatlarınadək davam edən festivalın ilk günündə sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, eləcə də DJ Kamonun çıxışları olub.

Qeyd edək ki, Üzüm və Şərab Festivalı sentyabrın 20-də davam edəcək.

6aaeaf88001486aaeaf880014917898330836aaeaf88001446aaeaf8800146 scaled 6aaeaf84950b86aaeaf84950b917898330836aaeaf84950b56aaeaf84950b7 scaled 6aaeaf82312e36aaeaf82312e417898330836aaeaf82312e16aaeaf82312e2 6aaeaf810f6336aaeaf810f63417898330836aaeaf810f6316aaeaf810f632 scaled 6aaeaf85ac3bf6aaeaf85ac3c017898330836aaeaf85ac3bc6aaeaf85ac3be scaled 6aaeaf7fb890e6aaeaf7fb890f17898330836aaeaf7fb890b6aaeaf7fb890c scaled 6aaeaf7e94ea76aaeaf7e94ea817898330836aaeaf7e94ea56aaeaf7e94ea6 scaled 6aaeaf7d756b26aaeaf7d756b317898330836aaeaf7d756b06aaeaf7d756b1 scaled 6aaeaf7cda5196aaeaf7cda51a17898330836aaeaf7cda5156aaeaf7cda517 scaled 6aaeaf7c41f5b6aaeaf7c41f5c17898330836aaeaf7c41f586aaeaf7c41f59 scaled 6aaeaf7b24d5c6aaeaf7b24d5d17898330836aaeaf7b24d576aaeaf7b24d5a scaled

Paylaş: