Kiyevə səfəri zamanı Şahzadə Harri Rusiya Prezidenti Vladimir Putindən Ukraynaya qarşı müharibəni dayandırmağı xahiş edib.
Globalinfo.az xəbərinə görə, o, davamlı insan itkisindən heç bir millətin faydalanmadığını deyib:
“Bu müharibəni dayandırmaq həm ukraynalılar, həm də ruslar üçün daha çox əzab çəkməmək və fərqli bir yol seçmək imkanı verir. Müharibə illərlə davam etdikcə, daha böyük itkilərə yol açır. Bu, qələbə deyil, əksinə hər iki tərəf üçün məğlubiyyət deməkdir. Mən bura bir siyasətçi kimi yox, əsgər, münaqişənin miqyasını dərk edən humanitar şəxs və Ukraynanın dostu kimi gəlmişəm. Ukraynadakı savaş yalnız ərazi uğrunda gedən müharibə deyil. O həm də dəyərlər və suverenlik üçün aparılan müharibədir”, – deyə Harri vurğulayıb.
Əliyar Xəlil