Şahramanyan bilir: sentyabrın 19-da Qarabağda… – Erməni politoloq

“Sentyabrın 19-u Qarabağda “hakimiyyətdə” olanların hamısı Rusiya kəşfiyyat xidmətinin “hədiyyələri” idilər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib.

“Onlar Kremlin maraqlarına xidmət edirdilər. Samvel Şahramanyan baş verənlərdən sonra Ermənistana niyə gəldiyini çox yaxşı bilir. Bu, “artsax hökumətinin” həqiqi simasıdır. Qarabağda insanları uzun illər ərzində terrorçu kimi təşkilatlandırdılar, qorxu içində saxladılar. İndi İrəvana gəliblər, eyni şəkildə fəaliyyətlərinə davam etmək istəyirlər. Orada klan sistemi var idi, Ermənistandan göndərilən pulları havaya sovururdular, xalqa isə “qırıntılar” verilirdi. Mən Şahramanyanın hələ də azadlıqda qalmasına təəccüblənirəm”.

Ayşən Mustafa
Globalinfo.az