Şahramanyanın DTX-yə zəngi: Balasanyanla bağlı təklif nə olub?

Sentyabrın 19-da başlayan antiterror əməliyyatları zamanı qondarma rejimin lideri Samvel Şahramanyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Joqovurd” qəzeti çıxış edib.

İddiaya əsasən, Şahramanyan Azərbaycana atəşkəs razılaşmasını təklif edib və hərbi əməliyyatların başlamasında günahkar olduğu üçün öz yerinə başqasının ermənilərin nümayəndəsi kimi danışıqlarda iştirak etməsini təklif edib. Məlumatda bildirilir ki, Şahramanyan ilk olaraq Samvel Babayanı təklif etsə də, Bakı onu yalançı və səhv məlumat yayan biri olaraq qiymətləndirib, beləliklə Babayanın namizədliyi qəbul edilməyib. Tərəfsiz şəxs kimi onun Ermənistana göndərilməsi təklif olunub.

Nəşr bildirir ki, Şahramanyan daha sonra Vitali Balasanyanın nümayəndəliyini təklif edib, Bakı onu da qəbul etməyib. Azərbaycan tərəfi şərtlərin yerinə gətirilməsi və qondarma rejimin buraxılmasını tələb edib. Nəticədə əməliyyatların dayanacağı və Ermənistana köçmək istəyənlərə təhlükəsizlik təminatı veriləcəyi, lazımi şəraitin yaradılacağı qeyd olunub. Samvel Şahramanyan da Bakının bütün tələblərini qəbul edib.

Qeyd edək ki, Vitali Balasanyan Qarabağdan Ermənistana qaçıb. Onun səhhətində ciddi problemlər olduğu deyilir.

Əliyar Xəlil
Globalinfo.az