Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında toy zamanı yanğın baş verib.
Sözügedən məclisin aparıcısı Mikayıl Güləddinoğlu Globalinfo.az-a açıqlamasında deyib ki, yanğın bir anda başlayıb:
“Bir anın içində tavanda yanğın başladı. Tavanla döşəmə arasında məsafə çox olduğundan alovu dərhal söndürmək mümkün olmadı. Yanğın projektorlardan birində başladı. Tavan və projektor plastik materialdan hazırlandığı üçün alov sürətlə yayıldı. Hadisə yerinə yanğınsöndürən briqadası gəldi və yanğın söndürüldü”.
Aparıcı bildirib ki, toy qısa fasilədən sonra davam etdirilib:
“Yanğın başlayanda zaldakı qonaqlar dərhal təxliyə olundu. Şadlıq sarayının birinci mərtəbəsində də zal var. Restoranın əməkdaşları operativ şəkildə həmin zaldakı masaları hazırlayıb, qonaqları ora yerləşdirdilər. Çünki eyni zalda tüstü səbəbindən oturmaq mümkün deyildi. Toy isə öz axarı ilə davam etdi”.
Zaira Akifqızı
Globalinfo.az
