Sahibə Qafarovadan deputata: “İşinizi zamanın tələblərinə uyğun qurmalısınız”

Parlamentin sədri Sahibə Qafarova “Azərbaycan” qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqovun qəzetin maliyyə problemi ilə üzləşməsi barədə fikirlərinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Bəxtiyar Sadıqov sistemli pul ayrılmasa, “Azərbaycan” qəzetin fəaliyyətini dayandıracağını deyib. O əlavə edib ki, qəzet Milli Məclisin orqanıdır, lakin yardım üçün müraciət etsə də, Milli Məclisdən müsbət cavab ala bilməyiblər.

Sahibə Qafarova isə Bəxtiyar Sadıqovun çıxışına cavab olaraq vurğulayıb ki, üç ildə Milli Məclis hər zaman qəzetə dəstək olub: “Sizinlə də bu barədə danışılıb. Ancaq Siz işinizi zamanın bugünkü tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da Sizinlə danışıb”.