1495688

Ermənistan parlamentinin spikeri Alen Simonyan və Milli Məclisin sədri Sahibə Qafarova oktyab ayında Cenevrədə keçiriləcək Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyasında görüşə bilər. 

Globalinfo.az xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons deyib.

Bildirilib ki, tərəflər regionda sülh səylərini müzakirə etmək üçün ikitərəfli görüş keçirəcəklər.

“Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində üçüncü dəfə baş tutacaq. Bu görüşün dəqiq tarixi hələ məlum deyil. Onların görüşü regionda sülh səylərinə parlament diplomatiyasının elementlərini cəlb etmək məqsədi daşıyır”, – deyə Fitzsimons vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: