sahibe simonyan 11

Bu gün İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.

Bu barədə Globalinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.

Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.

Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

***13:56

İstanbulda keçirilən görüşdə ErmənistanAzərbaycan parlamentlərinin sədrləri Alen SimonyanSahibə Qafarova parlamentlərarası əlaqələri və ölkələrindəki əhval-ruhiyyəni yüksək qiymətləndiriblər və iki cəmiyyət arasında etimadı daha da gücləndirmək üçün konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Globalinfo.az bildirir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat verib.

Parlament sədrləri 2025-ci ilin oktyabr ayında Cenevrədə keçirilən görüşdən sonra beynəlxalq təşkilatlar çərçivəsində parlament nümayəndə heyətləri arasında başlayan əlaqələri yüksək qiymətləndirib və bu əlaqələri davam etdirmək barədə razılığa gəliblər. ErmənistanAzərbaycan parlament sədrləri iki cəmiyyət arasında etimadı daha da gücləndirmək üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin vacibliyini vurğulayıblar”, – açıqlamada qeyd olunur.

***13:09

Milli Məclisin sədri Sahibə QafarovaErmənistan parlamentinin sədri Alen Simonyanın görüşü keçirilib.

Globalinfo.az bildirir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.

Görüş 1 saatdan çox davam edib.

***11:07

Milli Məclisin sədri Sahibə QafarovaErmənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.

    Qeyd edək ki, bundan öncə AzərbaycanErmənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.

    ***08:49

    Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək.

    Globalinfo.az xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutacaq.

    sahibe simonyan 12 sahine simonyan 12

    Paylaş: