Azərbaycanlı həmkarımla görüşə bilərəm – Simonyan

“Azərbaycan və Ermənistan parlament spikerləri mart ayında İsveçrədə görüşə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, iki ölkənin parlament spikerləri arasında martın 23-27-si tarixlərində görüş planlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Simonyan belə bir görüşlə bağlı dəqiq informasiya olmadığını, amma baş tutma ehtimalının istisna edilmədiyini deyib.

Qeyd edək ki, Parlamentlərarası İttifaqın (PAİ) baş katibi Martin Çunqonq ittifaqın növbəti assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament spikerlərinin görüşünün planlaşdırıldığını açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az