Şagirdlərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlandı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda məktəblilərin qidadan zəhərlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, oktyabrın 24-də paytaxtın Xəzər rayonu Binə qəsəbəsində şagirdlər arasında qida zəhərlənməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırma aparılır:

“Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir”.