Sabirabadda klinikada yanğın

yanginsondurC999n2

Sabirabad şəhəri ərazisində yerləşən klinikada qeydə alınan yanğın söndürülüb.

Globalinfo.az xəbər verir ki, yanğın hadisəsi saat 16 radələrində Sabirabad şəhəri Muğan prospektində yerləşən “Muğan” klinikasında qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin klinika binası yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

***17:31

Sabirabadda “Muğan” klinikası yanır.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Muğan prospektində qeydə alınıb.

İlkin məlumata görə, klinika anidən alovlanaraq yanmağa başlayıb.

Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.